Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son gün ərzində Çindən kənarda koronavirusa 1 000-dən çox yoluxma hadisəsi qeydə alıb.

Təşkilatın saytında dərc edilmiş rəsmi məlumatda deyilir ki, Çindən kənarda 51 ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 691 nəfərə çatıb. Cümə günü koronavirusa yeni 1 027 yoluxma hadisəsi qeydə alınıb. Ölümlə nəticələnən hadisələrin sayı 67-ə çatıb.

ÜST əvvəlki rəsmi məlumatda 46 ölkədə 57 ölüm, 3 664 yoluxma hadisəsi haqqında bildirib.

Son məlumatlara görə, Çində yeni virusa yoluxanların sayı 78 961 nəfər təşkil edir, 2 791 nəfər epidemiyanın qurbanı olub. Bütün dünyada koronavirusa yoluxanların ümumi sayı 83 652 nəfərdir.

İstinadlar Report