Somalidə prezident seçkiləri başa çatıb.

Məlumata görə, Prezident Mohamed Abdullah Farmajo və keçmiş dövlət başçısı Həsən Şeyx Mahmud növbəti tura keçən namizədlər olub.

Paytaxt Moqadişoda keçirilən seçkilərin ikinci turunda keçmiş dövlət başçısı Həsən Şeyx Mahmud 110 səslə birinci, prezident Mohammed Abdullah Fermajo 83, keçmiş baş nazir Həsən Əli Hayri 61 səs toplayıb.

Ən çox səs toplayan Mahmud və Fermajo dünən axşam üçüncü və sonuncu turda yenidən mübarizə aparıblar.

Səslərin əksəriyyətini toplayan Həsən Şeyx Mahmud ölkənin yeni Prezidenti olub. Şeyx Mahmud həm də ölkənin 10-cu Prezidentidir.

Seçkilər iki gün əvvəl gecə elan edilmiş və mayın 16-da səhərə qədər davam edən komendant saatı çərçivəsində keçirilib.