Somalidə “Aş-Şabab” qruplaşmasının silahlıları ilə hökumət qüvvələri arasında atışma olub.

Məlumata görə, hadisə Aşağı Şabelledə, Qoroley şəhərində qeydə alınıb. Yaşayış məntəqəsinin rəhbəri Səid Əli İbrahim bildirib ki, silahlılar minaatanlardan hökumət qüvvələrinə atəş açıblar. Lakin onların hücumu dəf edilib.

“Hərəkatın silahlıları bazaya iki dəfə hücum etdilər. Lakin bizim güc orqanlarımız cəsarətlə onların hücumu dəf edərək silahlıların qarşısını aldı. Doqquz nəfər həlak oldu, altı nəfər yaralandı”, – deyə məmur bildirib.

Bununla yanaşı, o bildirib ki, hazırda ordu şəhərə nəzarət edir. Səid Əli İbrahim silahlıların şəhəri ələ keçirmələri barədə xəbərlərini təkzib edib.

İstinadlar Report