
Silahlı qrup Somalinin paytaxtı Moqadişunun şimal-şərqindəki “Bearl” otelinə hücum edib.
Bu barədə Somalinin “Garowe” xəbər portalı məlumat yayıb.
Məlumata görə, ölən və yaralananlar var. Hadisə yerinə xüsusi təyinatlı qüvvələrin hərbçiləri gəlib, ikimərtəbəli binanın içərisində olan insanların xilas edilməsi üçün əməliyyat aparılır. Partlayışlar və intensiv atışmalarla bağlı məlumatlar var.
Portal qeyd edir ki, otel federal məmurlar, deputatlar və siyasətçilər arasında məşhurdur.