Somalinin paytaxtı Moqadişo şəhərinin mərkəzindəki prezident sarayı minaatanlardan atəşə tutulub.

Bu barədə “Somali Guardian” xəbər portalı məlumat yayıb.

Dövlət başçısının iqamətgahı ilə yanaşı, hökumət binası və digər tikililərin olduğu əraziyə bir neçə mərmi düşüb.

Somali Prezidenti Həsən Şeyx Mohamudun atışma zamanı sarayda olub-olmadığı məlum deyil. Mümkün qurbanlar barədə də məlumat yoxdur.

İstinadlar Report