Cibuti, Keniya, Somali və Efiopiya liderlərinin “Əş-Şəbab” terror qruplaşmasına qarşı mübarizə üzrə sammitinin başlamasına az qalmış Somali Prezidentinin paytaxt Moqadişodakı iqamətgahı minaatanlardan atəşə tutulub.

Bu barədə “Somali Guardian” xəbər portalı məlumat yayıb.

Prezident sarayının darvazalarına bir neçə mərmi düşüb, mümkün qurbanlar barədə məlumat yoxdur. Atəş polis və təhlükəsizlik qüvvələrinin Moqadişoda bütün əsas yolları bağlamasından bir qədər əvvəl baş verib. Somalinin paytaxtının beynəlxalq hava limanı da bağlanıb. Aeroport yalnız rəsmi hökumət nümayəndə heyətlərinin olduğu təyyarələri qəbul edir.

İstinadlar Report