Somalinin Balkad şəhəri yaxınlığında yolun kənarında yerləşdirilən fuqasın partlaması nəticəsində azı 10 nəfər ölüb.

Yerli sakinlərin verdiyi məlumata görə, partlayışdan əvvəl şəhər naməlum dəstə tərəfindən iriçaplı pulemyotlardan atəşə tutulub.

Bu hücumun məsuliyyətini hələlik üzərinə götürən olmasa da, müşahidəçilər üsula əsaslanaraq “Əş Şəbab” qrupundan şübhələnirlər.

İstinadlar Report