Somalinin cənubundakı Afqoye şəhərində terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində Türkiyə vətəndaşları da daxil olmaqla azı 3 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hücum türkiyəli işçiləri Somalinin paytaxtı Moqadişoya gedən yolda müşayiət edən polis karvanına qarşı törədilib.

Somali hökumətinin nümayəndəsi İsmail Muxtar Oronco ölənlər arasında Somalinin xüsusi təyinatlılarının komandanının müavininin də olduğunu söyləyib.

Türkiyənin Moqadişodakı səfirliyindən verilən məlumata görə, partlayış nəticəsində 4 mütəxəssis yaralanıb. Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. Türkiyənin Müdafiə Nazirliyi hücumu qınayıb.

İstinadlar Report