Somalidə bu il vəba epidemiyası 37 nəfərin ölümünə səbəb olub.

Bu barədə Afrika ölkəsinin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Bu ilin yanvar ayından ölkənin bir neçə bölgəsi vəba epidemiyasına məruz qalıb və 3 365 yoluxma müəyyən edilib”, – “Sinxua” agentliyi nazirliyin hesabatından sitat gətirib. Xəstəliyin episentri ölkənin mərkəzi hissəsi Beledueyne şəhəridir.

İstinadlar Report