Somalinin Somalilend bölgəsinin üç şəhərində iğtişaşlar zamanı azı 5 nəfər ölüb, 100 nəfər yaralanıb.

Bu barədə Somalilend ştatının prezidenti Musa Bihi Abdi məlumat verib.

“Təhlükəsizlik əməkdaşlarına daş, metal çubuqlar və dəyənəklərlə hücum edilib”, – ştatın rəhbəri bildirib.

Qeyd edək ki, ən irimiqyaslı nümayiş avqustun 11-də ştatın paytaxtı Harqeysa şəhərində keçirilib. Polis və hüquq-mühafizə orqanları nümayişçilər tərəfindən şəhərin əsas magistral yolunun blokadasını aradan qaldırmaq üçün atəş açıb. Nəticədə nümayişçilər arasında 3 nəfər ölüb.

İstinadlar Report