Somalinin paytaxtı Moqadişoda bir-birinin ardınca iki güclü partlayış baş verib.

Bu barədə “Somali Guardian” portalı məlumat yayıb.

Məlumata görə, terrorçu partlayıcı qurğunu hərbi təlim mərkəzinin yaxınlığındakı əsgər çayxanasının yanında işə salıb.

Insident nəticəsində 4 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

İstinadlar Report