
Radikal “Əl-Şəbab” qruplaşmasının silahlılarının hücumuna məruz qalan Afrika İttifaqının Keçid Missiyasının (AİKM) Somalidəki hərbi bazası uğrunda gedən döyüşlər zamanı 54 Uqanda əsgəri ölüb.
Bu barədə Uqanda Prezidenti Yoveri Museveni bildirib.
Afrika İttifaqının Somalidəki Keçid Missiyası mayın 26-da ölkənin cənub-qərbindəki hərbi bazasına “Əl-Şəbab” yaraqlılarının hücumuna məruz qaldığını açıqlayıb. Uqanda Xalq Müdafiə Qüvvələri tviterdə Uqanda kontingentinin AİKM bazasında silahlıların hücumuna məruz qaldığını bildirib.