
Somalinin cənubunda radikal islamçı “Əş-Şəbab” qruplaşmasının 80-dən çox silahlısı üç hərbi bazanı ələ keçirməyə cəhd edərkən öldürülüb.
Bu barədə Somalinin SONNA agentliyi məlumat yayıb.
Qeyd olunub ki, hökumət qüvvələri terrorçuların hücumunu dəf edib və Cubalend ştatının Kismayo liman şəhərindən təxminən 80 kilometr cənub-qərbdə bomba yüklü dörd avtomobil partladılıb.