
Somalinin paytaxtı Moqadişoda kamikadze çimərlikdə özünü partladıb.
Bu barədə “Gawore Online” məlumat yayıb.
“Somalinin paytaxtında bir otelin çimərliyində kamikadze özünü partladıb. İstirahət edən 20 nəfər həlak olub, ondan çoxu isə qəlpələrdən yaralanıb”, – məlumatda deyilir.
Hücumu 4 terrorçu həyata keçirib. Partlayış yerli vaxtla təxminən 19:30-da (Bakı vaxtı ilə 22:30) çimərlikdə çoxlu istirahət edənlərin olduğu zaman baş verib.