Almaniya Ukraynaya tanklar göndərmək istəmir, çünki bu, münaqişənin inkişafında təhlükəli addım ola bilər.

Bunu Almaniya kansleri Olaf Şolts “The New York Times” qəzetinə müsahibəsində deyib.

“Biz Ukraynanı dəstəkləyirik. Lakin bu dəstəyi eskalasiyaya, NATO ilə Rusiya arasında müharibəyə gətirib çıxarmayacaq şəkildə edirik, çünki bu, fəlakət olardı”, – Şolts bildirib.

Qeyd edək ki, son həftələrdə Almaniya Ukrayna və bir sıra NATO ölkələrinin nümayəndələri tərəfindən Kiyevə hücum əməliyyatları üçün lazım olan tankları və piyada döyüş maşınlarını göndərmədiyinə görə sərt şəkildə tənqid olunub.