
Almaniya Kansleri Olaf Şolts Avropa İttifaqı (Aİ) ölkələrinin qalmaq perspektivi olmayan qaçqınlarla daha sərt davranmaq barədə razılaşmasını dəstəkləyib.
O, bu barədə şənbə günü Nürnberqdə Almaniya Protestant Kilsələrinin 38-ci Konqresində çıxışı zamanı bildirib.
Şolts qeyd edib ki, ölkələrin başqalarını işarə edib özünü məsuliyyətdən kənar hiss etməsinə son qoymaq lazımdır.
“Nəhayət, qaçqınların Avropada bölüşdürülməsi üçün həmrəylik sistemi yaradılmalıdır”, – o vurğulayıb.
Eyni zamanda Şolts sığınacaqla bağlı prosedurların sürətləndirəcəyinə və prosesin daha rəqəmsal olacağına söz verib: “Avropada qala bilməyənləri geri qaytarmaq üçün mümkün olan hər şeyi etməliyik”, – Almaniya hökumətinin başçısı fikrini yekunlaşdırıb. O xatırladıb ki, 2022-ci ilin fevralında Ukraynada münaqişə başlayandan sonra Almaniya artıq Ukraynadan 1 milyondan çox qaçqını qəbul edib.