Almaniya kansleri Olaf Şolts Rusiya Federasiyasının Ukraynaya qarşı müharibədə qalib gəlməyəcəyini bildirib.

Onun sözlərinə görə, hər kəs Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin dəhşətli görüntülərini görür, dağıntılar, çoxlu ölüm halları ilə bağlı xəbərləri eşidir.

“Lakin biz onu da bilirik ki, Rusiya bu müharibədə qalib gəlməyəcək”, – kansler bildirib.

O.Şolts əlavə edib ki, həm Almaniya, həm də bütövlükdə Avropa Rusiya Prezidenti Vladimir Putinin başlatdığı müharibədə öz “döyüşlərində” qalib gəlməlidir.

İstinadlar Report