Almaniya kansleri Olaf Şolts və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Şolts və Zelenski danışıqlar zamanı Ukraynanın hava hücumundan müdafiə sisteminin daha da gücləndirilməsi variantlarını müzakirə ediblər. Tərəflər Kiyevin tərəfdaşlarının bu istiqamətdə səy göstərməsinin zəruriliyi barədə razılığa gəliblər. Şolts həmçinin Zelenskiyə Berlinin Kiyevə daha bir “Patriot” sistemi göndərəcəyi barədə məlumat verib.

Qeyd edək ki, bundan əvvəl Zelenski sosial şəbəkələrdəki hesabında Almaniya kansleri ilə məhsuldar söhbət etdiyini açıqlayıb.

İstinadlar Report