Almaniya Kansleri Olaf Şolts ABŞ-nin seçilmiş prezidenti Donald Trampın NATO üzv ölkələrinin müdafiə xərclərini ÜDM-in 5 %-nə qədər artırmaq tələbinə qarşı çıxıb.

Hökumət başçısı Almaniyanın ÜDM-nin 5 %-i ildə 200 milyard avro xərc olduğunu qeyd edib.

Eyni zamanda, Şolts vurğulayıb ki, hazırda AFR-in büdcəsi təxminən 490 milyard avro təşkil edir.

İstinadlar Report