Almaniya hərbi yardım çərçivəsində Ukraynaya 18 ədəd “Leopard 2” tankı tədarük edib.

Bu barədə Almaniya kansleri Olaf Şolts Rotterdamda Niderlandın Baş naziri Mark Rutte ilə danışıqların yekununa dair mətbuat konfransında bildirib.

“Biz tədarükləri elan edildiyi kimi həyata keçirdik”, – Almaniya hökumətinin başçısı tankların Ukraynaya təhvil verilməsi ilə bağlı mediada yayılan məlumatları şərh edərkən vurğulayıb.

Qeyd edək ki, Ukrayna Almaniyanın vəd verdiyi bütün “Leopard 2” tanklarını alıb.

İstinadlar Report