
Almaniya kansleri Olaf Şolts fevralın 23-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qədər Kiyevə 3 milyard avro həcmində əlavə hərbi yardım paketinin ayrılması barədə qərarın qəbul ediləcəyinə ümid etmir.
O, bu barədə Berlində İsveçin Baş naziri Ulf Kristerssonla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.