Almaniya Kansleri Olaf Şolts hökumətə etimadla bağlı Bundestaqa müraciət ünvanlayıb.
Bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.
“Bu gün səhər Almaniya Kansleri Olaf Şolts Əsas Qanunun 68-ci maddəsinə uyğun olaraq etimad məsələsi ilə bağlı yazılı müraciəti imzalayıb”, – o qeyd edib.
Sənəd Bundestaq sədrinin dəftərxanasına təqdim edilib.