Almaniya Kansleri Olaf Şolts ölkədə yeni atom elektrik stansiyalarının tikintisini faydasız adlandırıb.

Kansler nüvə elektrik stansiyalarının tikintisinin rentabelli olmadığını bildirərək ölkənin nüvə enerjisinə qayıtmasına qarşı çıxıb.

“Əgər kimsə indi atom elektrik stansiyası tikmək qərarına gəlsə, hazırkı tikinti müddətinə əsasən, o, 15-20 ildən sonra hazır olacaq”, – O.Şolts vurğulayıb.

Kanslerin sözlərinə görə, bu müddət ərzində ölkənin enerji sahəsində bütün problemləri həll etməyə artıq vaxtı olacaq.

İstinadlar Report