“Almaniya obyektiv səbəblərdən Ukraynaya hərbi yardımı ABŞ kimi intensiv şəkildə həyata keçirə bilmir”.

Bunu Almaniya kansleri Olaf Şolts “CBS”yə müsahibəsində bildirib.

“Düşünürəm ki, bizimlə ABŞ kimi bir ölkə arasında fərq olduğunu başa düşməlisiniz: Vaşinqton müdafiəyə çox pul xərcləyir, ona çox sərmayə qoyur və buna görə də böyük silah ehtiyatına malikdir. Biz Ukraynaya əlimizdən gələn köməyi göndəririk, silahdan istifadə qaydalarını öyrədirik.

İstinadlar Report