
Almaniya Kansleri Olaf Şolts “Almaniya üçün Alternativ” (AfD) partiyası ilə hər hansı əməkdaşlığa qəti şəkildə qarşı çıxıb, lakin digər partiyalarla, o cümlədən Xristian Demokrat və Xristian Sosial İttifaqları (XDİ/XSİ) mühafizəkar bloku ilə mümkün koalisiyanın yaradılmasını istisna etməyib.
Şolts Rur bölgəsinin şimalında yerləşən Marl şəhərində seçkiqabağı tədbirdə çıxış edib.
Kansler qeyd edib ki, onun mövqeyi həmişə aydındır.