Asiya Parlament Assambleyasına (APA) sədrlik Azərbaycan rəhbərliyinin uğurlu siyasətinin nəticəsidir.

Bunu Özbəkistanın Ali Məclis Senatı sədrinin birinci müavini, keçmiş xarici işlər naziri Sodik Safoyev Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib.

O vurğulayıb ki, Özbəkistan dayanıqlı inkişaf məsələlərində aparıcı rol oynayan mühüm beynəlxalq qurum kimi APA-nın missiyasını yüksək qiymətləndirir:

“İlk növbədə regional və qlobal proseslərdə fəal iştirakın davam etdirilməsi son dərəcə vacibdir. Asiyada strateji, iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsini davam etdirmək lazımdır”.

İstinadlar Report