
Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri də görüş keçirir.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan üçtərəfli görüş keçirir və üç ölkənin xarici işlər nazirləri isə ayrı-ayrılıqda danışıqlar aparırlar.