Rusiyanın Soçi şəhərindəki “Moremall” ticarət mərkəzində bir nəfər travmatik tapançadan havaya atəş açıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı Baş İdarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, iki nəfər arasında məişət zəminində yaranan münaqişə zamanı 22 yaşlı yerli sakin travmatik silahdan istifadə edib.

Hər iki şəxs saxlanılaraq polis idarəsinin növbətçi hissəsinə aparılıb.

İstinadlar Report