İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” beynəlxalq müsabiqəsinin təntənəli açılış mərasimi olub.

Mərasimdə iştirakçı ölkələrin nümayəndə heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

İran İslam Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan edildikdən sonra müsabiqəyə qatılan komandaların təntənəli keçidi olub.

Çıxış edənlər “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin başlaması münasibətilə yarış iştirakçılarını təbrik edib, komandalara uğurlar arzulayıblar.

Vurğulanıb ki, bu cür müsabiqələrin keçirilməsi döyüş qabiliyyətinin və praktiki bacarıqların artırılması ilə yanaşı, həm də ölkələrarası münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.

Qeyd edək ki, “Snayper həddi” müsabiqəsində iştirak edən hərbi qulluqçularımız Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar ilə mübarizə aparırlar.

İstinadlar Report