“Vivo” şirkətinin qurğular çeşidinə “vivo V19” adlı model də əlavə edilib.

Smartfon 8 nüvəli “Snapdragon 712” prosessoru ilə təchiz edilib və iki konfiqurasiyada əlçatandır: 8/128 QB və 8/256 QB. Şirkət təqdimat zamanı sistem resurslarının istifadəsini optimallaşdıran sensor idarəetmə alqoritmləri və “Ultra Game Mode” rejimi daxil olmaqla yeni cihazın oyun imkanlarına diqqət yetirib. Modelə quraşdırılmış əməli yaddaşın tutumu 8 QB, daxili yaddaşın tutumu isə 128 və ya 256 QB təşkil edir.

6,4 düymlük “Full HD ” təsvir ölçülü “Super AMOLED” displey daxili barmaq izləri skanerinə və ikiqat selfi modul (32 8 mp) üçün oval kəsiyə malikdir. Qurğunun əsas kamerası 4 sensordan ibarətdir: 48 mp-lik əsas, 8 mp-lik genişbucaqlı optika, 2 mp-lik makroobyektiv və 2 mp-lik dərinlik sensoru.

Smartfon 33 vatlıq “FlashCharge 2.0” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Emil Hüseynov

İstinadlar ict news