Tampere Universitetinin fizikləri tərəfindən şüşəyə bənzər alüminium oksidindən hazırlanmış incə plyonkalar sıxılmaq, dartılıb uzadılmaq və əyilmək xüsusiyyətlərinə malikdir. Bu, gələcəkdə smartfonlar üçün möhkəm və elastik ekranlar hazırlamağa imkan verəcək. Amma araşdırmanın müəllifləri bildiriblər ki, hazırkı formada bu metod irihəcmli məmulatların hazırlanması üçün tətbiq edilə bilməz. Tədqiqat “Science” jurnalında dərc edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.Son ildə smartfon istehsalçıları tez-tez elastik ekranla təchiz edilmiş qurğular təqdim edirlər. İndi bunun üçün molekulları bir-birinə zəif bağlı olan polimer şüşədən istifadə olunur. Bir tərəfdən, polimer şüşə möhkəmdir, asanlıqla əyilir və sıxılır, digər tərəfdən isə onda tez cızıq yaranır.

Adi, mineral şüşədə, əksinə, molekullar bir-birinə möhkəm bağlıdır. Belə şüşə bərkdir, amma öz formasını (əymək, sıxmaq mümkün deyil) dəyişmir.

Alimlər bərkliyi və möhkəmliyi bir materialda birləşdirmək üsulunu axtarıb tapıblar. Alüminium amorf oksidindən hazırlanmış şüşənin sınaqları zamanı məlum olub ki, belə material dartılıb uzadılmaq və sıxılmaq qabiliyyətinə malikdir, həm də bu halda heç bir çat yaranmır.

Oxumağa dəyər:   KİV: Naməlum silahlı şəxslər Bağdadda 50 etirazçını güllələyib

Belə şüşənin istehsalı çox vaxt aparan və bahalı prosesdir, buna görə hələ ki texnologiya yalnız laboratoriya şəraitində mövcuddur.

Emil Hüseynov

İstinadlar ict news