Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda (KAIST) hazırlanmış “Knocker” texnologiyası obyektlərə toxunuş zamanı yaranan spesifik vibrasiyaların təhlili üsulu ilə əşyaları müəyyənləşdirməyə imkan verir. Əşyalara toxunuş üçün smartfondan, məlumatın təhlili üçün isə jiroskop, akselerometr və mikrofondan istifadə olunur.

“Knocker” texnologiyasının işi kompüter təliminə əsaslanır, texnologiya vibrasiyaların ən kiçik nüanslarını təhlil edərək tipik nümunələri ayırmağa imkan verir. Nəzəri cəhətdən “Knocker” texnologiyası istənilən obyekti müəyyənləşdirə bilər, amma hələ ki onun “yaddaş”ında yalnız 23 əşya mövcuddur.

Sakit şəraitdə “Knocker” texnologiyasının tanıma dəqiqliyi 98%, səs-küylü şəraitdə isə bu göstərici 83% təşkil edir. Ancaq əsas ideya obyekti müəyyənləşdirmək deyil, yeni bir əlaqə formasıdır: qarşısında olan obyekti müəyyənləşdirən smartfon avtomatik olaraq lazımi xidməti işə sala bilir.

Emil Hüseynov

İstinadlar ict news