Kvinslends Universitetinin mütəxəssisləri tərəfindən smartfon üçün hazırlanmış proqram vasitəsilə pasiyentdə tənəffüs yolları xəstəliyinin tipini tez bir şəkildə müəyyənləşdirmək mümkündür.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.Proqrama inteqrasiya edilmiş neyroşəbəkə səs vasitəsilə öskürəyin tipini təhlil edir. Bu halda real pediatrlar da eyni əlamətlər üzrə diaqnoz qoyurlar, yalnız sözügedən xidmət nadir halları və qeyri-adi öskürək tembrlərini nəzərə ala biləcək.

Kliniki sınaqlar zamanı diaqnozun dəqiqliyi 97%-dək təşkil edib. Alimlərin qənaətincə, texnologiya milyonlarla pasiyent üçün xəstəliklərin erkən diaqnostikasını dəyişdirə biləcək.

Proqramın tərtibatçıları belə hesab edirlər ki, sözügedən xidmət təcili tibbi yardımdan istifadə edə bilməyən regionların sakinlərinə kömək edəcək.

Emil Hüseynov

İstinadlar ict news