Sloveniyanın xarici işlər naziri Tanya Fayon aprelin 17-si Azərbaycana səfər edəcək.

Bu barədə Sloveniyanın informasiya agentliyi (STA) məlumat yayıb.

Bildirilib ki, Bakıda enerji sektorunda əməkdaşlıq müzakirə olunacaq.

Qeyd edək ki, T. Fayon Bakıya gəlməzdən öncə, aprelin 15-dən Ermənistanda ikigünlük səfərdə olacaq.