Azərbaycan regionun ən dinamik inkişaf edən və qlobal investisiyalar cəlb edən nəzərəçarpan iqtisadiyyatlarından birinə çevrilib.

Bunu Sloveniyanın xarici və Avropa işləri naziri Tanya Fayon Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumunda bildirib.

“Beynəlxalq arenada əsas oyunçu olan Azərbaycan ticarət, sənaye və innovasiya mərkəzi kimi mövqeyini gücləndirməyə davam edir”, – o qeyd edib.

Nazirin sözlərinə görə, Sloveniya Azərbaycanla müxtəlif sektorlarda iqtisadi əməkdaşlığı dərinləşdirmək, tərəfdaşlıq əlaqələrini möhkəmləndirmək və inkişaf üçün yeni imkanlar yaratmaq niyyətindədir.

T.Fayon qeyd edib ki, Sloveniya üçün əsas istiqamətlər əczaçılıq, kiçik və orta su elektrik stansiyalarının inkişafı, İKT infrastrukturu, elektrotexnika sənayesi, sağlamlıq turizmi və kənd təsərrüfatıdır.

İstinadlar Report