
Sloveniya Prezidenti Nataşa Pirts Musar iyunun 27-də Kiyevə səfər edəcək.
Bu barədə Sloveniyanın Radio və Televiziyası məlumat yayıb.
“Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq. Bu razılaşma ilə biz Ukraynaya lazım olduğu müddətcə kömək etməyə davam edəcəyik”, – Sloveniya Prezidenti deyib.