Slovakiya xarici işlər naziri Miroslav Layçak istefa ərizəsini geri götürərək vəzifəsində qalıb.

Istefa ərizəsi noyabr ayının sonunda parlamentdə BMT miqrasiya müqaviləsinin təsdiq olunmamasından sonra verilmişdi. Həmin müqavilənin qəbul olunduğu Baş Assambleyanın iclası M.Layçakın sədrliyi ilə keçirilmişdi.

Qeyd edək ki, 2019-cu ildə Slovakiya ATƏT sədrliyini yerinə yetirəcək, xarici işlər naziri də təşkilatın fəaliyyətdəki sədri hesab olunacaq.

İstinadlar Report