“Rusiya və ABŞ Ukraynanın hərbi neytrallığı barədə razılığa gələ bilər”.
Bunu Slovakiyanın vitse-spikeri Tibor Qaspar “TASS”a müsahbəsində deyib.
O, Rusiya Prezidenti Vladimir Purinlə ABŞ-nin yeni seçilmiş dövlət başçısı Donald Tramp arasında əldə oluna biləcək razılaşmaları dəstəklədiyini bildirib:
“Baş nazirimiz Robert Fiko əminliklə bildirdi ki, biz Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcəyik. Biz həm Rusiya, həm də Avropa İttifaqı (Aİ) üçün təhlükəsizlik baxımından təminat nəzərdə tutan həllərin tərəfdarıyıq”.
Vitse-prezident, həmçinin Şərqi Avropadakı müharibənin qızışdırıldığını və rəsmi Moskvanın Kiyevin bəzi təxribatçı addımlarına cavab verdiyini diqqətə çatdırıb.