Ukrayna Rusiya ilə müharibə nəticəsində ərazilərinin üçdə birini itirəcək.

Bunu Slovakiyanın Baş naziri Robert Fiço Braziliyanın “Folha de S.Paulo” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Qərb 1938-ci ildə Çexoslovakiyanı qurban verdiyi kimi gələcəkdə Kiyevi də qurban verə bilər. Elə bir an gələcək ki, Qərb deyəcək: “Biz bacarmadıq, ona görə də Ukraynanı itirdik”.

Baş nazir hesab edir ki, Qərb Ukraynaya xarici qoşunların mövcudluğu kimi təhlükəsizlik təminatları təklif etməyəcək.

Qeyd edək ki, 1938-ci ilin sentyabrında Almaniya, İngiltərə, Fransa və İtaliya hökumət başçıları Münhen sazişini imzalayıblar. Bu sənədlə Çexoslovakiya Üçüncü Reyx hakimiyyəti, Polşa və Macarıstan arasında bölüşdürülüb.

İstinadlar Report