Avropa Birliyi Fransa və Almaniya kimi böyük üzv dövlətlərin eqoistliyi ucbatından altı ay ərzində dağa bilər.

Bunu Slovakiyanın Baş naziri Robert Fitso “STVR” ictimai yayımının “Şənbə dialoqları” proqramında deyib.

“Avropa İttifaqının başına gələnlərə təəccüblənməyək, mən qorxuram ki, bu böyük icmada ölkələrinin eqoist milli məqsədləri naminə mənfi dəyişikliklər baş verər. Aİ altı ay ərzində kart evi kimi dağa bilər”, – deyə baş nazir bildirib.

Onun sözlərinə görə, böyük Aİ ölkələri öz maraqlarını daha üstün tutmamalı, suveren ölkələrdə keçirilən seçkilərin nəticələrinə, kursu ictimaiyyətin fikirlərindən fərqli olan siyasi qüvvələr qalib gələrsə, onlara hörmətlə yanaşmalıdır.

İstinadlar Report