Slovakiyanın Nitra şəhəri yaxınlığında, paytaxt Bratislava şəhərinin 90 kilometr şərqində avtobusla ağır yük maşınının toqquşması nəticəsində azı 13 nəfər ölüb.

Hadisə nəticəsində 20-dək xəsarət alan var və bu rəqəmin artacağı ehtimal edilir.

Polisin bildirdiyinə görə, bir neçə nəfər avtobusun içində çıxılmaz vəziyyətdə qalıb.

Hələlik hadisənin təfərrüatı ilə bağlı məlumat verilməyib.

İstinadlar Report