Slovakiya hərbi kəşfiyyatının keçmiş rəisi, general-mayor Petr Buçkanın meyiti Bratislavanın Devin rayonunda tapılıb.

Bu barədə Slovakiyanın JOJ telekanalı məlumat yayıb.

Polis onun ölümünün səbəblərini araşdırır.

Kəşfiyyatın keçmiş rəisinin meyiti Devindəki karxananın yaxınlığında tapılıb.

Qeyd edək ki, Petr Buçka 1998-ci il noyabrın 16-dan 1999-cu il dekabrın 31-dək Slovakiya Silahlı Qüvvələrinin kəşfiyyat rəisi işləyib.

İstinadlar Report