Slovakiya Prezidenti Peter Pelleqrini fövqəladə vəziyyətlər zamanı işləməkdən imtina edən həkimlər üçün cinayət məsuliyyəti nəzərdə tutan qanunu imzalayıb.

Bu barədə Slovakiya Radiosu məlumat yayıb.

Qanun respublikada baş verə biləcək fövqəladə vəziyyətlərdə xəstələrin müdafiəsinə yönəlib. Radioya görə, bu vəziyyətlər tibbi yardımın çatışmazlığı səbəbindən elan edilə bilər. Həkim bu zaman öz peşə vəzifələrini yerinə yetirməkdən imtina edərsə və onun suçundan xəstənin həyatı təhlükə altına düşərsə, o, beş il müddətinə həbs edilə bilər.

İstinadlar Report