
Slovakiya İnformasiya Xidmətinin (SİX, ölkənin kəşfiyyat xidməti) ölkədə sabitliyi pozan hərəkətlərə dair məlumatlarının dərcindən sonra ölkədəki mövcud vəziyyətlə əlaqədar gərginliyin qarşısını almaq üçün konkret tədbirlər görüləcək.
Bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Milli Təhlükəsizlik Şurasının (MTŞ) bu məsələ ilə bağlı iclasının yekunları üzrə jurnalistlərə açıqlamasında bildirib.
Slovakiya Prezidenti məlumatın ciddiliyinə baxmayaraq, dinc aksiyaları qadağan və ya fövqəladə vəziyyət tətbiq etmək niyyətində olmadığını vurğulayıb, lakin qeyd edib ki, hökumətə cəmiyyətdə gərginliyin daha da artmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək tapşırılıb. Prezident konkret hansı tədbirlər olacağını açıqlamayıb.