Slovakiya Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

XİN Azərbaycan Prezidentinin Slovakiya Baş naziri Robert Fitsoya silahlı hücumu pislədiyi paylaşıma cavab verərək bu dəstəyi yüksək qiymətləndirib.

“Cənab Prezident, şəfqət dolu sözlərinizə və dəstəyinizə görə təşəkkür edirik”,-paylaşımda bildirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən gün Slovakiyanın Baş naziri Robert Fitsoya silahlı hücumla bağlı “X” səhifəsində paylaşım edib.