Əgər Ukrayna Rusiya qazının öz ərazisindən tranzitinə icazə verməsə, iki ölkə arasında münaqişəli vəziyyət yarana bilər.

Bunu Slovakiyanın Baş naziri Robert Fitso bu gün “Facebook” səhifəsində yazıb.

“Əgər Zelenski bizim qazımızı buraxmasa, ciddi münaqişə başlaya bilər”, – o qeyd edib.

Slovakiya Ukrayna vasitəsilə Rusiya qazının tranzitinin davam etdirilməsinə dəstək üçün özünün və qonşu ölkələrin qaz sənayesi şirkətlərini – Avstriya, Macarıstan və İtaliyadan olan təchizatçılar, istehlakçılar, qaz kəmərlərinin operatorlarını birləşdirib.

İstinadlar Report