Slovakiya Danimarka, Norveç və Almaniyadan gələn pullarla Ukrayna üçün silah istehsal edəcək.

Bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, Danimarka hökuməti Slovakiya, Norveç və Almaniya ilə birlikdə “Zuzana-2” artilleriya sistemlərinin istehsalı və Ukraynaya verilməsi üçün Slovakiyaya maliyyə yardımı göstərmək niyyəti haqqında birgə bəyanat imzalayıb.

Yardımın ümumi məbləği 103,4 milyon dollar təşkil edəcək.

İstinadlar Report