Slovakiya Prezidentinin koronavirus testi müsbət çıxıb

Slovakiya Prezidenti Zuzana Çaputovanın koronavirus testi müsbət çıxıb.

Bu barədə yerli TASR agentliyi məlumat yayıb.

Nəşr qeyd edib ki, Çaputova yaxın günlər üçün iş proqramını ləğv edib. O, xüsusilə Portuqaliya və İtaliyaya planlaşdırdığı səfərini ləğv etmək məcburiyyətində qalıb. Çaputova Polşa Prezidenti Anjey Duda ilə birlikdə bu ölkələrə getməyi planlaşdırırdı.

İstinadlar Report