Slovakiya prezidenti Zuzana Çaputova ötən həftə hökumət tərəfindən təsdiq edilmiş ABŞ ilə hərbi əməkdaşlıq haqqında sazişin imzalanmasını dəstəkləyir.

Qeyd olunub ki, Slovakiya prezidenti ABŞ-la hərbi əməkdaşlıq haqqında sazişin imzalanmasının tərəfdarıdır, bunu konstitusiya məsələləri üzrə ixtisaslaşmış hüquqşünaslarla birlikdə nəzərdən keçirib və bu sazişdə ölkənin əsas qanunu ilə heç bir ziddiyyət tapmayıb. Bununla bağlı o, bəzi siyasətçilərin onu Konstitusiya Məhkəməsinə müraciət etmək çağırışına müsbət yanaşmayıb.

Bratislava və Vaşinqton arasında ikitərəfli razılaşma Amerika tərəfinə respublikanın şərqindəki Malaçki-Kuxinya və onun mərkəzi hissəsindəki Sliak hərbi aerodromlarından, həmçinin Müdafiə Nazirliyinin digər bazalarından pulsuz istifadə etmək imkanı verməlidir.

İstinadlar Report