
ABŞ-nin “Microsoft” şirkəti 2025-ci ilin may ayında “Skype” xidmətini tamamilə bağlayacaq.
Bu barədə “XDA Developers” portalı məlumat yayıb.
Bildirilir ki, son yeniləmədə istifadəçilərə “Teams” xidmətinə keçmələri tövsiyə olunacaq.
“Skype” may ayından etibarən əlçatan olmayacaq. Zənglər və çatlar üçün “Teams”dən istifadə edin”, – deyə portalda bildirilir.
Qeyd edək ki, 2003-cü ildə istifadəyə verilən “Skype” platforması 2011-ci ildə “Microsoft” tərəfindən satın alınıb. 2017-ci ildə “Microsoft” “Skype”a bənzər “Teams” platformasını istifadəyə verib.
“Microsoft” hazırda bu mövzu ilə bağlı şərh verməkdən imtina edir.